Güləşçimiz erməniyə qalib gəlib dünya çempionu oldu

Azərbaycanın yunan-roma güləşçisi Həsrət Cəfərov (67 kq) Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, Cəfərov finalda Ermənistan idmançısı Sahak Hovannisyanla üz-üzə gəlib. İdmançımız rəqibinə 7:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda görüşünə çıxıb. Özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edən idmançımız bürünc medalı qazanıb.

72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right