Qasımov koronavirusa yoluxdu və kənarlaşdırıldı

Azərbaycanın paracüdoçusu Ramil Qasımov Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı idmançıdan götürülmüş koronavirus testi müsbət nəticələnib.

Paralimpiya çempionunun təkrar test nümunəsi də pozitiv çıxıb. O, Tokioda karantinə alınıb və yarışdan kənarlaşdırılıb. Qasımov karantin rejimi bitdikdən sonra Bakıya qayıdacaq.

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə infeksiya aşkarlanmasa da, onlar yüngül karantin rejiminə yerləşdirilib. Cüdoçulardan gündəlik test nümunələri götürüləcək.

Ramil Qasımov 2016-cı ildə Rio paralimpiadasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right