Şəhriyar Məmmədyarov son mərhələdə iştirak edəcək

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun XIX - sonuncu mərhələsinin iştirakçıları bəlli olub.

Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov "Aimchess USRapid" adlanan turnirdə mübarizə aparacaq. Final mərhələsinə vəsiqəni təmin edən Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

İyulun 28-də start götürəcək onlayn turnir sentyabrın 5-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right