Birgül Soltanova dünya çempionatının yarımfinalında

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.
Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb.
Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə uduzub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

53 kq
Təsnifat: Elnurə Məmmədova - Otqontuya Çinbold (Monqolustan) 2:12

62 kq
1/4 final: Birgül Soltanova - Dilnaz Sazanova (Qırğızıstan) 9:7
1/2 final: Birgül Soltanova - Devi Sancu (Hindistan)

65 kq
1/8 final: Nigar Mirzəzadə - Noemi Şabados (Macarıstan) 7:5 (tuşe)
1/4 final: Nigar Mirzəzadə - Amina Kapezan (Rumıniya) 1:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right