Güləşçilərimiz dünya çempionatında 5 medal qazandı

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışa 9 idmançıyla yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb. Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında mundialda iştirak edən komandamız yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. "Sərbəstlər" sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right