Yeniyetmə cüdoçularımızdan uğurlu start

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyinə uğurla start verib.

Newsport.az-ın məlumatına görə, mötəbər yarışın ilk günü Azərbaycan millisi 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Daha iki cüdoçumuz - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.

Yekunda 6 medal qazanan millimiz komanda hesabında 1-ci yerdə qərarlaşıb. 2-ci yerdə 1 qızıl, 2 gümüş medalla Rusiya komandasıdır. İsrail yığması 1 qızıl və 1 bürünc medalla 3-cü pillədədir.

Nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right