Məmmədyarovdan 3 qələbə, 4 heç-heçə

ABŞ-ın Sent-Luis şəhərində Şəhriyar Məmmədyarovun qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.

Newsport.az-ın məlumatına görə, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Şəhriyar 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.

Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.

Turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right