Millimiz yenə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda təşkil olunmuş beynəlxalq “Savaria” turniri çərçivəsində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığmamız üçüncü görüşünü Çexiyaya qarşı keçirib. Oyun rəqib komandanın qələbəsiylə başa çatıb – 3:0 (25:18, 25:19, 25:17).

Azərbaycan millisi ilk oyunda ev sahibi Macarıstana 2:3 hesabıyla uduzmuşdu. Yığmamız daha sonra Niderlanda da 0:3 yenilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right