İrina Zaretska: "Prezidentdən üzr istəyirəm"

"İlk olaraq, cənab Prezidentdən üzr istəyirəm. Bilirdim ki, qızıl ala biləcək sonuncu idmançı idim və buna çox az qalmışdı".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan qadın karateçisi (+61 kq) İrina Zaretska Tokio-2020-də gümüş medal qazanması barədə danışarkən deyib. Finalda misirli Feryal Abdelazizə 0:2 hesabı ilə uduzan dünya və Avropa çempionu "qızıl" qazana bilmədiyi üçün təəssüf hissi keçirdiyini bildirib. Göz yaşlarını saxlaya bilməyən 25 yaşlı idmançı qələbə üçün 1 saniyəsi çatmadığını söyləyib:

"Sözün əsl mənasında mənə 1 saniyə yetmədi. İndi anlayıram ki, bu, necə vacib idi. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Mənə yazırdılar. Dəstəyiniz üçün çox sağ olun və bağışlayın”.

Azərbaycan idmançıları Tokio 2020-də çıxışlarını başa vurub. Olimpiadaya 44 idmançı ilə qatılan komandamız yarışları 3 gümüş, 4 bürünc medalla başa vurub. Olimpiya Oyunlarına sabah - avqustun 8-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right