Mariya Stadnik: "Özümü çempion kimi hiss edirəm"

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq.) Tokio-2020-də bürünc medal qazanması haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, idmançımız üçüncü olduğuna görə özünü xoşbəxt saydığını bildirib:

“Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm. Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. Üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam”.

Stadnik bürünc medal  uğrunda görüşdə Namuuntsetseq Oçiri (Monqolustan) ilə qarşılaşıb və rəqibinə 10:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right