Tokio-2020: Bu gün dörd idmançımız mübarizə aparacaq

Tokio Yay Olimpiya Oyunlarının 11-ci günündə - 3 avqustda dörd idmançımız medallar uğrunda yarışacaq. Newsport.az xəbər verir ki, Nazim Babayev bu gün Tokio-2020-də debüt edəcək. 23 yaşlı atlet üçtəkanla tullanma üzrə təsnifatda yarışacaq. Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 04:00-da start götürəcək. "İlk 12-liy"ə düşməyi bacaran atletlər finala çıxacaqlar. Həmçinin 17.05 m-lik göstərici də finala vəsiqə üçün kifayət edir.
 
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov ötən gün 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) uduzmuşdu. Qırğızıstan idmançısı finala kimi irəlilədiyindən, Hüseynovun bürünc medal qazanmaq şansı yaranıb. O, ilk təsəlliverici görüşdə Lamjed Maafi (Tunis) ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-a təyin edilib.
 
Qadın sərbət güləşçimiz Elis Manolova (68 kq) 1/8 finalda Blessinq Oborududu (Nigeriya) ilə qarşılaşmış və rəqib vaxtından əvvəl texniki üstünlüklə qələbəni (13:2) təmin etmişdi. Nigeriyalı idmançı finala çıxdığı üçün təmsilçimiz bürünc medallar uğrunda mübarizə apara biləcək. Manolovanın ilk təsəlliverici görüşdəki rəqibi Meerim Jumanazarova (Qırğızıstan) olacaq. 68 kq-da sözügedən mərhələ Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
 
Yunan-Roma güləşindəki digər təmsilçimiz İslam Abbasov (87 kq) bu gün 1/8 finaldan mübarizəyə qoşulacaq. O, startı Bakı vaxtı ilə 07:21-ə planlaşdırılan görüşdə Daniel Qreqoriç Heçavarriya (Kuba) ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right