Yığmamızın məşqçilər heyəti istefaya göndərildi

Kişilərdən ibarət cüdo millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Newsport.az xəbər verir ki, bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
 
İclasda federasiyanın Daimi Təftiş Komissiyasının sədri Ağayar Axundzadə, baş katib Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.
 
Qərara alınıb ki, yeddi kişi cüdoçu ilə Tokio Olimpiadada təmsil olunan və heç bir medal qazana bilməyən millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilsin. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan qovulub.
 
Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının azaldılması barədə qərar verilib. oxu.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right