Millimiz Yunanıstan toplanışını başa vurdu

Avropa çempionatının final mərhələsinə hazırlığını davam edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışını başa vurub. Newsport.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız burada məşqlərlə bərabər 3 yoxlama oyunu da keçirib. Qızlarımız Yunanıstan millisinə qarşı keçirdiyi 3 yoxlama matçından birində qalib olub.
 
Millimiz hazırlıq planına uyğun olaraq avqustun 31-də Yunanıstandan birbaşa Macarıstana yola düşüb. Komandamız Macarıstanda avqustun 5-7-də keçiriləcək “SAVARİA” beynəlxalq turnirində qüvvəsini sınayacaq. Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Hollandiya və Çexiya yığmaları olacaq. Voleybolçularımız avqustun 5-də Macarıstanla, 6-da Niderlandla, turnirin son günü isə Çexiya millisi ilə üz-üzə gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right