Tokio-2020: Azərbaycanın iki güləşçisi uduzdu

Tokio Yay Olimpiya Oyunlarının 10-cu günündə güləşçilərimiz mübarizəyə qoşulub. Newsport.az xəbər verir ki, qadın sərbəst güləşçilərimizdən Elis Manolova (68 kq) 1/8 finalda Blessinq Oborududu (Nigeriya) ilə qarşılaşıb. Görüş vaxtından əvvəl başa çatıb. 13:2 hesabı ilə öndə olan Oborududu texniki üstünlüklə qələbəni təmin edib. Nigeriya idmançısı finala yüksələcəyi təqdirdə Manolovanın təsəlliverici görüşlərə qatılmaq şansı yaranacaq.
 
Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) 1/8 final qarşılaşmasına çıxıb. Onun rəqibi Aleks Kessidis (İsveç) olub. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, təmsilçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Lakin Rafiq sözügedən mərhələdə məğlubiyyətlə üzləşib. Güləşçimiz Akjol Mahmudova (Qırğızıstan) uduzub - 1:9. Qırğızıstanlı idmançı finala çıxmağı bacarsa, Hüseynov üçün bürünc medal qazanmaq şansı yaranacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right