Tokio-2020: İki güləşçimizin rəqibləri müəyyənləşdi

Avqustun 2-də Tokio Yay Olimpiya oyunlarında iki güləşçimiz mübarizəyə start verəcək.

Newsport.az-ın məlumatına görə, Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. Bu gün keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

Rafiq Hüseynov 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü olan isveçli Aleks Kessidislə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. Hüseynov rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) – Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçi ilə üz-üzə gələcək.

Elis Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Bu görüş B xalçasında baş tutacaq. Manolova 1/4 finala yüksəlsə, ya Meerim Jumanazarova (Qırğızıstan), ya da Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.

Bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right