Ruslan 24-cü oldu

Güllə atıcımız Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edib.

Newsport.az-ın məlumatına görə, o, birinci təsnifatda 281 xal toplaya bilib. Lunyov 27 idmançı arasında 24-ci yeri tutub.

Sabah isə yarışın ikinci təsnifat mərhələsi və finalı keçiriləcək. Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right