Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırdı

Boks üzrə Azərbaycan millisinin üzvü Cavid Çələbiyev (63 kq.) bu gün Tokio-2020-də 1/8 final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, 2013-сü ildə dünya çempionu, İslam Həmrəylik Oyunlarının (2017) birincisi olan idmançımız bu mərhələdə Ermənistan təmsilçisi, 2017-ci ildə Avropa çempionu və 2019-cu ildə Avropa Oyunlarının qalibi adını qazanan Ovannes Baçkovla üz-üzə gəlib və 1:4 hesabı ilə uduzub. 

Bununla da o, Tokio-2020-də mübarizəni başa vurub.

Qeyd edək ki, Çələbiyev 1/16 finalda Ukrayna boksçusu Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right