Millimizin kapitanı: "Məqsədimiz qrup mərhələsini keçməkdi"

"Avropa çempionatına hazırlıq davam edir. Mingəçevir və Bakıdakı məşqlərimiz geridə qaldı. Qarşıda bizi Avropa çempionatına hazırlığın son mərhələsi gözləyir".

Newsport.az-ın məlumatına görə, bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abdulazimova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, Bakıda 4 yoxlama görüşü keçirdiklərini də xatırladıb: "Hazırlığımız Yunanıstanda davam edir. Qarşıda bizi bir neçə yoxlama oyunları da gözləyir. Avropa çempionatında iştirak edən hər bir komanda kimi, bizim də məqsədimiz qələbə qazanmaqdı. Əsas məqsədimiz isə qrup mərhələsini keçməkdi. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək”.

Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq.

Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq. Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right