Tokio-2020: Kindzerska yarımfinalda, Kokauri medalsız qaldı Yenilənir

Tokio Yay Olimpiya Oyunlarının 7-ci günündə mübarizəyə start verilib. Newsport.az xəbər verir ki, az öncə kişi cüdoçuların +100 kq çəki dərəcəsində təmsilçimiz Uşanqi Kokauri qüvvəsini sınayıb.

1/16 finalda Matsey Sarnatski (Polşa) ilə qarşılaşan idmançımız ippon fəndiylə qələbə qazanıb. Onun növbəti mərhələdə rəqibi braziliyalı Rafael Silva olub. Qarşlaşmaya üstünlük qazanmasına baxmayaraq, Uşangi ippon fəndi ilə uduzub.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) mübarizəyə 1/8 finaldan qoşulub. 30 yaşlı idmançının rəqibi Larisa Seriç (Bosniya və Herseqovina)  olub. O, ipponla qələbə qazanaraq, 1/4 finala yüksəlib. İrinan növbəti cəhdində Han Mjinlə (Cənubi Koreya) üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Kindzerska yarımfinala çıxıb. İdmançımız bu mərhələdə Sone Akira (Yaponiya) ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right