Tokio-2020: Qədirova bacılarından fərqli nəticələr

Tokio Yay Olimpiya Oyunlarında idman gimnastikası üzrə yarışlar davam edir. Newsport.az xəbər verir ki, qadın gimnastların fərdi çoxnövçülük yarışında medalçılar müəyyənləşib.
 
Dörd hərəkətin cəmində 57.433 xal (dayaqlı tullanma - 14.600, müxtəlif hündürlüklü qollar - 15.300, gimnastika tiri - 13.833, xalça üzərində sərbəst hərəkətlər - 13.700) toplayan Sunisa Li (ABŞ) Olimpiadanın qızıl medalına sahib çıxıb. Braziliyanı təmsil edən Rebeka Andrade (57.298) gümüş medal qazanıb. Bürünc medalçı isə rus gimnast Angelina Melnikova (57.199) olub.
 
Böyük Britaniya təmsil edən və əslən azərbaycanlı olan Cennifer və Cessika Qədirova bacıları da fərdi çoxnövçülük yarışında iştirak ediblər. Cessika 53.965 xal (dayaqlı tullanma - 14.566, müxtəlif hündürlüklü qollar - 13.666, gimnastika tiri - 12.033, xalça üzərində sərbəst hərəkətlər - 13.700) toplayaraq 24 finalçı arasında 10-cu olub. Çıxışını 53.533 xalla (dayaqlı tullanma - 14.400, müxtəlif hündürlüklü qollar - 12.400, gimnastika tiri - 12.933, xalça üzərində sərbəst hərəkətlər - 13.800) tamamlayan Cennifer isə yekunda 13-cü pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right