19 idmançımız mübarizəni dayandırıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.

Newsport.az-ın xəbərinə görə, iyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 23 idmançımızdan 19-si çıxışını medalsız başa vurub. Olimpiada ilə erkən vidalaşan idmançılarımız bunlardır:

Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq)

Güllə atıcılığı: Emin Cəfərov

Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.)

Qılıncoynatma: Anna Başta

Veleyorüş: Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova

Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani

Triatlon: Rostivlas Pevstsov.

Badminton: Edi Reski Dviçahyo

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.), Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda, Alfonso Dominges isə 1/8 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right