Olimpiadada 1988-ci ildən sonra ən yaxşı göstərici

Rusiyanın bir nömrəli tennisçisi Anastasiya Pavlyuçenkova Tokio-2020-də 1/4 finala vəsiqə qazanıb.
 
Newsport.az xəbər verir ki, Pavlyuçenkova Sara Sorribes-Tormonu 2:0 (6:1, 6:3) hesabı ilə məğlub edib. 30 yaşlı raketka ustası 1/4 finala gedən yolda rəqiblərinə ümumilikdə 7 (Sorribes-Tormoya dörd, Anna-Lena Fridsama iki, Sara Erraniyə bir) qeym verib. Bu, tennisin Olimpiadanın proqramına qayıtdığı 1988-ci ildən bəri qeydə alınmış ən yaxşı göstəricidi.
 
Pavlyuçenkovanın növbəti rəqibi Belinda Bençiç olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right