Daha iki idmançı Olimpiadaya buraxılmadı

Koronavirus pandemiyası daha iki idmançının Tokio-2020 Yay Olimpiya Oyunlarını buraxmasına səbəb olub.

Newsport.az saytının məlumatına görə, bunu Olimpiadanın Təşkilat Komitəsinin mətbuat xidməti açıqlayıb.

Çimərlik voleybolu üzrə Çexiya cütlüyü yarışdan kənarda qalıb. Bunlar Barbara Hermanova və Marketa Slukovadır. Onların qrupdakı rəqiblərinə texniki qələbələr veriləcək.

Qeyd edək ki, daha öncə meksikalı taekvondoçu Fernanda Aqirre və niderlandlı skeytbordçu Kendi Ceykobs da eyni səbəbdən Olimpiada ilə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right