Murad Allahverdiyev 1/8 finala yüksəldi

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. 

Newsport.az saytının məlumatına görə, mundialın dördüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.

Onlardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində Domeniko Vingiquerranı (İtaliya) məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). 

O, 1/8 final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq. 

Allahverdiyevdən fərqli, Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb. Onlar müvafiq olaraq, Darian Kastro (Kuba) və Villiam Çolova (Bolqarıstan) uduzublar. 

Qeyd edək ki, daha öncə millimizin üzvlərindən Əli Zamanov (52 kq) 1/4, Əzrək Bəbirovla (56 kq) Cəlal Qurbanov (60 kq) 1/8 finala yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right