Hidayət Heydərov mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulacaq.

Newsport.az xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.

1/16 finalda Fətiyev türkiyəli Vedat Albayrak, Heydərov isə almaniyalı Niklas Blöxl ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right