Daha bir cüdoçumuz koronavirusa yoluxdu, AÇ-ni buraxacaq

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
 
Newsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy koronavirus testi müsbət çıxdığı üçün yarışı buraxacaq.
 
Daha əvvəl 73 kq-dakı Rüstəm Orucovun infeksiyaya yoluxduğu üçün yarışa yollanmayacağı bəlli olub.
 
Azərbaycanı Avropa çempionatında 9 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.
 
Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right