Azərbaycan taekvondoçuları Avropa çempionatını 2 medalla başa vurdu

Azərbaycan taekvondoçularının Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mübarizəsi başa çatıb.

Newsport.az-ın məlumatına görə, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.

Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub – 13:14.

İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçdən 22:10 hesabı ilə üstün olsa da, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib – 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.

Azərbaycan yığması isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) bürünc medalla kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right