Bədii gimnastlarımız Dünya kubokuna yollanır

Aprelin 16-da Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə Dünya kuboku yarışları keçiriləcək. Newsport.az xəbər verir ki, turnirdə ölkəmizi fərdi yarışlarda Arzu Cəlilova və Nərminə Səmədova təmsil edəcəklər.
 
Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan öncəki Dünya kuboku yarışlarında Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız iki medala sahib olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right