Böyük Dəbilqədə daha 3 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Türkiyənin Antalya şəjhərində keçirilən Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulacaq. Əvvəlcə 100 kq-da çıxış edən cüdoçulardan Zelim Kotsoyev 1/8 finalda Sirill Mare (Fransa), Elmar Qasımov İsaak Bezzina (Malta) ilə üz-üzə gələcək. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə 1/8 finalda Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Livan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right