Həbib tarixin ən yaxşısı hesab etdiyi futbolçunu seçdi

Sabiq UFC çempionu Həbib Nurməhəmmədov tarixin ən yaxşı futbolçusu hesab etdiyi şəxsin adını açıqlayıb.

Newsport.az xəbər verir ki,  o, "UFC Russia Youtube" kanalına açıqlamasında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu tarixin ən yaxşı oyunçusu adlandırıb : “Kriştiano Ronaldo mənim üçün futbol tarixinin ən yaxşısıdır. Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi. 2004-cü ildən bu günə qədər bombardirlər yarışında liderdir. 16 ildir zirvədədir və yüksək səviyyədə oynayır".

Qeyd edək ki, Həbiblə Kriştiano yaxın dostdur.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right