Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Aprelin 3-də Rusiyanın paytaxtı Moskvada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatına start veriləcək.
 
Newsport.az xəbər verir ki, ayın 11-nə qədər davam edəcək qitə birinciliyində Azərbaycan atletləri də mübarizə aparacaq.
 
Artıq yığmamızın heyəti də açıqlanıb. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, qadınların yarışında ölkəmizi Boyanka Kostova (59 kq) təmsil edəcək. Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sərdar Həsənov yalnız Kostovanın xidmətindən yararlana biləcək.
 
Kişilərdən ibarət yığmamızın baş məşqçisi Asif Məmmədov isə iki idmançıya şans verib. Bunlar Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəylidir (109 kq).
 
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 361 idmançı (179 qadın + 182 kişi) iştirak edəcək.
 
Azərbaycanı bu turnirdə hakim qismində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov da təmsil edəcək.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah