Nurməhəmmədov karyerasını bitirməsinin səbəbini açıqladı

Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəblərini açıqlayıb.

Newsport.az məlumatına görə, dağıstanlı idmançı belə qərarı çətinliklə qəbul etdiyini bildirib. O, döyüş növlərində bacardığı hər şeyə nail olduğunu söyləyib. Nurməhəmmədovun fikrincə, yalnız pul yeganə motivasiya mənbəyi kimi qalıb. Lakin o, maliyyəyə ehtiyac duymadığını vurğulayıb.

33 yaşlı döyüşçü hər bir qarşılaşması və hazırlıq dövrünün anasının səhhətinə mənfi təsir göstərdiyini də əlavə edib.

Qeyd edək ki, UFC prezidenti Deyna Uayt martın 19-da Həbib Nurməhəmmədovun karyerasını rəsmən başa vurduğunu açıqlayıb. İndi yüngül çəkidə vakant UFC çempionu tituluna Maykl Çendler və Çarlz Oliveyra iddialıdır. Nurməhəmmədov karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Onlardan 13-ü UFC-yə təsadüf edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right