Yunan-Roma güləşçilərimizdən Olimpiadaya ilk lisenziya

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
 
Newsport.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Murad Məmmədov ilk görüşdə litvalı rəqibini sıradan çıxarıb. 1/4 finalda prinsipial qarşılaşmaya çıxan Murad erməni güləşçi üzərində inamlı qələbə qazanaraq adını yarımfinala yazdırıb. Məmmədov alman rəqibiylə mübarizədə lisenziya qazanmağa çox yaxın olsa da, son saniyələrdə təşəbbüsü əldən verərək məğlub olub.
 
İslambek Dadov təsnifat mərhələsində rumıniyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Yığma üzvü daha sonra Polşanı təmsil edən erməni güləşçinin lisenziya ümidlərini puça çıxarıb. Ancaq 1/4 finalda Ermənistan idmançısına yenilib.
 
Sənan Süleymanov yarışa moldovalı güləşçi üzərində inamlı qələbəylə start verib. Ancaq Xorvatiya təmsilçisiylə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətdən qaça bilməyib.
Murad Lokyayev ilk mərhələdə yunan həmkarına gücünü göstərib. 1/4 finalda isə Çexiya idmançısına uduzub.
 
İslam Abbasov debütdə bolqar idmançıdan güclü olub. Daha sonra İsveç təmsilçisinə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. İsveçrəli rəqibini də çətinlik çəkmədən üstələyən İslam finala yüksəlməklə yanaşı, güləşin bu növündə Tokio Olimpiadasına ilk lisenziyamızı qazanıb.
 
Beka Kandelaki zədə üzündən xalça üzərinə çıxmayıb.
 
Qeyd edək ki, təsəlliverici və final qarşılaşmaları martın 21-də keçiriləcək.
 
60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva) 7:4
1/4 final: Murad Məmmədov - Gevorq Qaribyan (Ermənistan) 5:1
1/2 final: Murad Məmmədov - Etienne Kinsinqer (Almaniya) 3:5
Bürünc medal görüşü: Murad Məmmədov - Helari Maeqisalu (Estoniya) / İvan Lizatoviç (Xorvatiya)
 
67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya) 9:0
1/8 final: İslambek Dadov - Gevorq Sahakyan (Polşa) 4:1
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (Ermənistan) 6:14
 
77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova) 10:3
1/4 final: Sənan Süleymanov - Bozo Starçeviç (Xorvatiya) 1:1*
Təsəlliverici görüş: Sənan Süleymanov - Mateuş Volni (Polşa)
 
87 kq
1/8 final: İslam Abbasov - Daniel Aleksandrov (Bolqarıstan) 5:1
1/4 final: İslam Abbasov - Kristoffer Berq (İsveç) 6:1
1/2 final: İslam Abbasov - Ramon Betşart (İsveçrə) 6:1
Final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)
 
97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan) 10:1
1/4 final: Murad Lokyayev - Artur Omarov (Çexiya) 3:4
 
130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan) -:+




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah