Tokio-2020-yə əcnəbi azarkeşlər buraxılmayacaq

Bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına əcnəbi azarkeşlər buraxılmayacaq.

Newsport.az-ın xəbərinə görə, bu haqda oyunların Təşkilat Komitəsi məlumat yayıb. Buna səbəb koronavirus pandemiyasının geniş yayılmasıdır. Ölkəyə gələn əcnəbilər yarışlara bilet ala bilməyəcəklər. Artıq bilet almış şəxslərin pulları isə hesablarına geri qaytarılacaq.

Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right