Azərbaycanlı qardaşlardan Rusiyada uğurlu çıxış

Azərbaycanlı idman gimnastları – Əli və Hüseyn Xəlilov qardaşları növbəti uğurlarını qazanıblar.

Newsport.az-ın xəbərinə görə, onlar Rusiyanın Kemerovo şəhərində Sibir regionu üzrə keçirilən “Kuzzbaskaya vesna” yarışında qardaşların hər biri dörd medal qazanıb.

Böyük qardaş Əli çoxnövçülükdə gümüş, komanda yarışında bürünc, dəstəli at və gimnastika tirində qızıl medallara yiyələnib.

Kiçik qardaş Hüseyn isə çoxnövçülükdə, xalça üzərində sərbəst hərəkətlərdə, gimnastika tirində və paralel qollarda gümüş medal qazanıb.

Qeyd edək ki, bu yarışda Azərbaycandan yalnız Xəlilov qardaşları iştirak edib  (oxu.az).


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right