Daha bir idmançımız Tunisdə qızıl medal qazandı

Azərbaycanın paraatleti Oloxan Musayev Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.
 
Newsport.az xəbər verir ki, F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 metr nəticə göstərib.
 
Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən Orxan Qasımov nizə atma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Qeyd edək ki, Oloxan Musayev artıq Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right