İkiqat dünya çempionumuz karyerasını bitirdi

Yunan-Roma güləşi üzrə ikiqat dünya və Avropa çempionu Elvin Mürsəliyev karyerasını bitirib.
 
Newsport.az xəbər verir ki, bu barədə idmançının özü açıqlama verib. Mürsəliyev zədə səbəbindən karyerasını bitirdiyini deyib.
 
Mürsəliyev, yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
 
Ötən ilin sonlarında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov karyerasını bitirib. O, yanvarda gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.
 
Həmçinin, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev karyerasını erkən bitirərək, böyüklərdən ibarət millidə məşqçi kimə işə başlayıb. (oxu.az)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right