Rəcəbov və Məmmədyarov dünya çempionuna qarşı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin ikinci yarış günündə növbəti 5 turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov altıncı turda FİDE təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Sonrakı oyunda şahmatçımız hazırkı dünya çempionu Maqnus Karlseni qara fiqurlarla sınağa çəkəcək. Məmmədyarov növbəti 3 qarşılaşmada ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Teymur Rəcəbov ilk qarşılaşmada amerikalı Hikaru Nakamura, daha sonra niderlandlı Yorden Van Forest, fransalı Maksim Vaşye-Laqrav və Alireza Firuzca ilə mübarizə aparacaq. Şahmatçımızın son qarşılaşması Maqnus Karlsenlə olacaq. Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right