Məmmədyarov Aronyana qalib gəldi, Rəcəbov Giri ilə heç-heçə etdi

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk görüşlərini keçiriblər.
 

Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışın 1-ci turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini 27-ci gedişdə məğlub edib.
 
Teymur Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə bərabərə qalıb.
 
Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah