Şəhriyar Aronyana rəqib oldu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

İki azərbaycanlı şahmatçı arasında görüş isə 13-cü turda oynanılacaq.

Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:

1-ci tur

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Aniş Giri (Niderland)

2-ci tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya)

3-cü tur

Uesli So (ABŞ) - Teymur Rəcəbov

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

4-cü tur

Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland)

Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

5-ci tur

Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov

6-cı tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)

7-ci tur

Yorden van Forest (Niderland) - Teymur Rəcəbov

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov

8-ci tur

Şəhriyar Məmmədyarov - David Anton (İspaniya)

Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa)

9-cu tur

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov

Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov

10-cu tur

Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Maqnus Karlsen (Norveç)

11-ci tur

David Anton (İspaniya) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

12-ci tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Nils Qrandelius (İsveç)

13-cü

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov

14-cü tur

Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya)

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov

15-ci tur

Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ)

Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov

Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur martın 13-də, 6- 10-cu turlar martın 14-də, 11- 15-ci turlar martın 15-də keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə martın 21-də yekun vurulacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah