Gimnastika üzrə daha bir Dünya Kuboku ləğv edildi

Yaponiya Gimnastika Assosiasiyası və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Tokioda keçirilməsi planlaşdırılan idman gimnastikasının çoxnövçülük yarışı üzrə Dünya Kubokunu ləğv etməyə qərar verib.
 
Newsport.az-ın Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi dünya miqyasında koronavirusla əlaqədar səyahət məhdudiyyətləri göstərilib.
 
Mayın 4-də keçirilməli olan turnir Tokio Yay Olimpiya Oyunlarına test xarakterli idi. FIG test yarışı üçün yeni məkan tapmağa çalışacaq.
 
Çoxnövçülük yarışı Miluoki (ABŞ), Ştutqart (Almaniya), Birmingem (Böyük Britaniya) və Tokio (Yaponiya) mərhələlərindən ibarət idi. Miluoki mərhələsini təşkil etmək mümkün olsa da, son 3 mərhələ baş tutmayıb.
 
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right