Kubalı boksçu azərbaycanlı qızla nişanlandı

Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.

 

Newsport.az-ın məlumatına görə, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.

 

II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.

 

Boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir (oxu.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right