Cüdoçumuz zədələndiyi üçün mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Murad Fətiyev Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə zədələnib.

Newsport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Qırğızıstan təmsilçisi Vladimir Zoloyevlə görüşdə xəsarət alıb.

Qarşılaşmada Fətiyevin burnu qanayıb və fasilə yaranıb. Daha sonra cüdoçu sarğı ilə tatamiyə qayıdıb.

Hakim görüşün davam etməsini məqsədəuyğun hesab etməyib və Azərbaycan təmsilçisinə məğlubiyyət verilib. Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) məğlub etmişdi.

Qeyd edək ki, 81 kq-dakı Hidayət Heydərov da yarışla erkən vidalaşıb. O, 1/32 finalda Gilyerme Şmidtin (Braziliya) müqavimətini qıra bilməyib. 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojakı (Sloveniya) məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right