Azərbaycan Cüdo Federasiyası monqollarla vidalaşdı

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvü İrina Kindzerska soyadını dəyişdirəcək.

Newsport.az-ın məlumatına görəbu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı məlumat verib.

E.Babanlı bildirib ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionatlarının mükafatçısı azərbaycanlı ərinin soyadını götürərək, Əliyeva olacaq.

Federasiya rəsmisi sənədləşmə işləri yoluna qoyulacağı təqdirdə, 30 yaşlı idmançının Tokio Yay Olimpiya Oyunlarında yeni soyadla çıxış edəcəyini diqqətə çatdırıb.

Baş katib rumıniyalı Aleksandra-Larisa Florian (57 kq), həmçinin monqolustanlı Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyankişiq (52 kq) və İçinxorlu Muntsxedev (57 kq) ilə yolların ayrıldığını da söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right