Aronyan Ermənistanı tərk edəcəyini açıqladı

Ermənistanın şahmatçısı Levon Aronyan ölkəsini tərk edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı 39 yaşlı qrossmeyster sosial hesabında paylaşıb. O, qərarının hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olduğunu yazıb.

Dəfələrlə maraqlı təkliflər aldığını deyən şahmatçı ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini vurğulayıb.

Aronyan Ermənistanı ikinci dəfə tərk edir. O, daha əvvəl - 2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right