Nazim Babayev İstanbulda qızıl medal qazandı

Azərbaycan atletləri İstanbulda keçirilən 26-cı Balkan çempionatında iştirak ediblər.

Newsport.az-ın məlumatına görə, üçtəkanla tullanma növündə Avropa çempionu Nazim Babayev qızıl medal qazanıb. Digər üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santımetr geri qalaraq dördüncü olub.

Rüstəm Məmmədovda bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right