İdman Jurnalistlərinin II Respublika toplantısı keçirildi

Fevralın 20-da onlayn formatda Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib.

Newsport.az-ın məlumatına görəAzərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və idman qurumlarının mətbuat katibləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində çanından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. 

AİJF prezidenti Qabil Mehdiyev çıxış edərək ötən il ərzində qurumun fəaliyyəti ilə bağlı hesabat verib. O, qeyd edib ki, qarşıya qoyulan planların hamısının koronavirus pandemiyasına görə, karantin rejimi səbəbindən həyata keçirilməsi mümkün olmasa da, mövcud şəraitə uyğun icrası mümkün olan bütün tədbirlər həyata keçirilib. Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük Vətən müharibəsində idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulan Q.Mehdiyev AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları, qazilər ilə görüşlər keçirdiyini bildirib.

Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair danışıqların aparılması ilə bağlı danışan Qabil Mehdiyev bu müzakirələrin davam etdiyini diqqətə çatdırıb.

Toplantıda AİJF-nin ötən müddət ərzində keçirilən tədbirlər sırasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması, Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatının təşkili, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüşün keçirilməsi, Mətbuat Günü münasibətilə veteran idman jurnalistlərinin ziyarət edilməsi, koronavirusa qarşı mübarizə məqsədilə sosial təbliğat videoçarxlarının hazırlanması xüsusi vurğulanıb.

Qabil Mehdiyev bildirib ki, AİJF üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar və aksiyaya görə Birinci vitse-prezidentin təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb. Tədbirdə o da qeyd edilib ki, qurum Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinarlar, “Sidney-2000” Olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirib, eləcə də, idman jurnalistləri arasında Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə yazı müsabiqəsi təşkil edib.

Qabil Mehdiyev ötən müddət ərzində qurumla sıx əməkdaşlıq edən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Antidopinq Agentliyinə və müxtəlif idman qurumlarına minnətdarlığını bildirib.

Sonra çıxış edən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova toplantı iştirakçılarına əvvəlcə gənclər və idman naziri Azad Rəhimovun salamlarını çatdırıb. Ötən 1 il ərzində AİJF-nin uğurla fəaliyyət göstərdiyini bildirən S.Məmmədova idman jurnalistlərinin həmişə diqqət mərkəzində olmasının, onların idman yarışlarında iştirakının daima təmin olunmasının vacibliyini bildirib. 
MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı idman jurnalistikasının son illər inkişaf etdiyini vurğulayıb. O, ötən müddət ərzində idman jurnalistlərini öz sıralarında birləşdirən AİJF-nin bir sıra tədbirlər və layihələr həyata keçirməsinin təqdirəlayiq hal olduğunu bildirib. 

AİJF idarə heyətinin üzvləri Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, idman jurnalistləri Vüqar Vüqarlı, Şəmsəddin Abbasov, Aydın Bağırov, Seymur Teymurov, Ceyhun Əliyev, AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov çıxış edərək idman jurnalistikasının problemlərindən və gələcək perspektivlərindən söhbət açıblar.

Daha sonra idman mediasını narahat edən məsələlər müzakirə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right