Cüdoçularımızın Böyük Dəbilqədəki ilk rəqibləri bilindi

İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Newsport.az xəbər verir ki, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

İlk yarış günündə Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mübarizə aparacaq.

Yarışın ikinci günündə Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tskayev (hər ikisi 81 kq), üçüncü günündə isə Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşangi Kokauri və Camal Feyziyev (+100 kq) qüvvəsini sınayacaq.

Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

1/16 final. Davud Məmmədsoy - Morits Plafki (Almaniya)

66 kq

1/8 final. Nicat Şıxəlizadə - Petr Jukov (Rumıniya)

1/8 final. Orxan Səfərov - Amit Boboviç (İsrail)

73 kq

1/16 final. Telman Vəliyev - Lukas Rayter (Avstriya)

81 kq

1/8 final. Hidayət Heydərov - Marsel Çerça (Rumıniya)

1/16. Zelim Tskayev - Ben Haroç (İsrail)

90 kq

1/8 final. Məmmədəli Mehdiyev - Orelyen Diss (Fransa)

100 kq

1/8 final. Zelim Kotsoyev - Boris Georgiyev (Bolqarıstan)

1/8 final. Elmar Qasımov - İoakim Dvarbi (İsveç)

+100 kq

1/16 final. Uşangi Kokauri - Ben Spiykers (Niderland)

1/16 final. Camal Feyziyev - Serafim Kompanyes (İsrail)

Qadınlar

48 kq

1/16 final Leyla Əliyeva - Şira Rişoni (İsrail)

1/16 final. Aişə Qurbanlı - Tamar Malka (İsrail)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Eleudis Valentim (Braziliya)

Qeyd edək ki, fevralın 18-də start veriləcək yarış üç gün davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right