Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.

İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

Cütlüklər sabah ən azı daha 4 görüş keçirəcəklər.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right