Teymur Rəcəbov qələbəni əldən verdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə start verib.
 
Newsport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Niderlandı təmsil edən Aniş Giri ilə mübarizə aparır.
 
Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.
 
Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.
 
Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9.5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right